Zaqatalada avtomobilin vurduğu 14 yaşlı oğlan xəstəxanada öldü

zaqatalada-avtomobilin-vurdugu-14-yasli-oglan-xestexanada-oldu-1719419460
|
|

  Zaqatalada dörd gün əvvəl mavtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.

Referans.az "APA"ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 14 yaşlı Ə. Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.