Gələn il bu fənn müəllimləri sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev

gelen-il-bu-fenn-muellimleri-sertifikasiyaya-celb-olunacaq-emin-emrullayev-1719503535
|
|

  Gələn il hansı fənn müəllimlərinin sertifikatlaşdırmaya cəlb olunacağı növbəti aylarda açıqlanacaq.

Referans.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bizim həm təbiət, həm sosial, bədən tərbiyə, təsviri incəsənət və digər fənn müəllimlərimiz qalıb.

"Yəqin ki, növbəti sertifikatlaşdırmaya cəlb olunmada hansısa qarışıq modeldən istifadə olunacaq" - deyə nazir qeyd edib.