Samira efirlərə niyə ÇIXMIR? - Səbəbi bu İMİŞ...
![samira-efirlere-niye-cixmir-sebebi-bu-imis-1719637297](https://referans.az/storage/news/2024/06/29/samira_1719637282-full.jpg)
"Hər bir insan öz qabında olmalıdır".
Referans.az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Samira Allahverdiyeva "7 tamam" verilişində deyib.
Uzun müddətdir ki efirlərdən uzaq düşən müğənni "Niyə bu qədər fasilə vermişdiniz?" sualını cavablandırıb:
"İndi dövr dəyişib, hər şey fərqlidir. 10-15 il əvvəl klip təqdimatları olurdu, biz həvəslə o təqdimatlara qatılmağa necə can atırdıq. Amma indi başa düşürük ki, dövr tamam başqadır. Zamanla hər şey dəyişir, amma çərçivəni aşmamaq lazımdır. Əgər mən hansısa verilişə gedirəmsə və o veriliş, tutalım, mənim formatıma uyğun deyilsə, aparıcı, eləcə də qonaqlarla həmsöhbət ola bilməyəcəyəmsə, getmirəm.
Amma efirə çıxmasaq da, işimizdə-gücümüzdəyik. Yenə də mahnılarımızı yazdırırıq, oxuyuruq".