Astarada güllələnmə hadisəsi oldu, bir nəfər öldü

astarada-gullelenme-hadisesi-oldu-bir-nefer-oldu-1719690073
|
|

  Astarada güllələnmə nəticəsində bir nəfər ölüb.

Referans.az "APA"ya istinadən xəbər verir ki, Astara rayon Şüvi kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.

Sonra o özünü öldürmək məqsədilə baş nahiyyəsindən atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.