Havanın çirklənməsi süni mayalanmaya təsir edə bilər 

havanin-cirklenmesi-suni-mayalanmaya-tesir-ede-bilernbsp-1720520323
|
|

Yeni bir araşdırmaya görə, havanın çirklənməsi süni mayalanma ilə doğum ehtimalını təxminən 40 faiz azalda bilər.

Referans.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

Bildirilib ki, yeni araşdırma Avstraliyanın Pert şəhərində tədqiqatçılar tərəfindən aparılıb.

Tədqiqatçılar hava çirkliliyinin 8 il ərzində təxminən 3600 dondurulmuş embrionun köçürülməsinə təsirini təhlil ediblər.

Onlar təhlil zamanı diri doğum ehtimalının 38 faiz azaldığını müşahidə ediblər.

Qeyd edək ki, araşdırma “Human Reproduction” akademik jurnalında dərc olunub.

Araşdırmada, həmçinin, havanın çirklənməsinin sağlamlıq üçün yaratdığı digər risklər vurğulanıb.

Aysu İbrahimova