Qəbiristanlıqda YANARAQ ÖLƏN müğənninin anası ŞOK DETALLAR AÇIQLADI - Qızımı sevgilisi... - EKSKLÜZİV

qizima-deyib-ki-bir-yerini-kesib-dadina-baxacam-qebiristanliqda-yanaraq-olen-mugenni-ile-bagli-sok-teferruatnbsp-1722943809
|
|
Bir neçə gündür ki, mətbuatda yandırılaraq öldürüldüyü iddia edilən müğənni Həmidə Tağıyevanın anası Samirə xanım şikayətçidir. 

Referans.az-a danışan mərhum müğənninin anası qızının ölümü ilə bağlı şok detallları açıqlayıb. Ana bildirib ki, qızının ölümü ilə bağlı heç kim istintaqa cəlb olunmayıb

"Qızımı sevgilisi Moskva Tahir öldürüb. Hazırda o şəxs Beyləqan rayon Birinci Şahsevən kəndində yaşayır. Qızım yananda xəstəxanaya gətirilib, ölüm səbəbi olaraq yanıqdan zəhərlənib kimi qeyd edilib. Qızımı qorxuzublar ki, desin ki, guya əlində benzin paçoku qəbiristanlıqda partlayıb. Bu səbəbdən yanıb. Əslində isə Tahir onu yandırıb, sonra ayılıb ki, Həmidə yanır, onu söndürüb. Daha sonra qızımı qorxuzub ki, bacını, qardaşını da yandıraram. İfadəsində desin ki, benzin əlində partlayıb. Deməsə, ünvanımızı bilir".

Müsahib qeyd edir ki, Həmidə ölməmişdən bir gün əvvəl bacısına və ona etiraf edib ki, Tahir onun üzərinə benzini töküb, alışqanla yandırıb: "Zənglər çıxarılsa, hər şey aydınlaşar. Bizə deyildi ki, ictimailəşdirməyin, bunu eləyəni tutacağıq. Tahir qızımın rəfiqəsi Fatimənin maşını ilə qızımı qəbiristanlığa aparıb. Tahir qızım yanan zaman ayılıb, Həmidəni söndürüb. Bu zaman onun əlləri də yanıb. Mümkün deyil ki, Tahir əlləri yanıq vəziyyətdə sükan arxasında əyləşib maşın sürsün. Orada Elvin adında şəxs olub, maşını  o idarə edib, qızımı xəstəxanaya çatdırıb".

Ana bildirir ki, Tahir qızına deyib ki, onu o qədər sevir ki, bir yerini kəsib qanını içəcək, dadına baxacaq. 

Referans Media