Katibəsinin saxta porno görüntüsünü yaydığı deyilən direktoru hansı cəza gözləyir? 

katibesinin-saxta-porno-goruntusunu-yayan-direktoru-hansi-ceza-gozleyir-1725272026
|
|
Xəbər verdiyimiz kimi, F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb.

Məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb. Bildirilir ki. material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də, bu, olub. Porno şantaj hadisəsindən sonra, katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalıb. 

Tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu, affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.

Hadisənin detallarında nəzərə yetirilməli əsas məqamlardan biri məhz porno görüntülərin yayılması faktıdır. Maraqlıdır, belə əməli törədən direktoru nə kimi cəza gözləyir? 

Referans.az-a danışan vəkil Tağı Hüseynov bildirib ki, direktor Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə ilə məsuliyyətə cəlb oluna bilər: 

"Əgər belə görüntülər saxta profildən yayılıbsa, maksimum həmin şəxsi 1 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  Əgər şəxs öz profilindən belə görüntüləri yayıbsa, onu 6 ayadək  azadlıqdan məhrumetmə cəzası gözləyir. Şəxs həmçinin, 1000 - 1500 manat arası cərimə də edilə bilər. Zərərçəkçmiş qarşı tərəfə işgüzar nüfuzunun zədələnməsi ilə bağlı iddia da qaldıra, məhkəmədə direktordan təzminat istəyə bilər". 

Vəkil bildirir ki, əsəbiləşib direktora xəsarət yetirən ərin məhkəmə prosesi zamanı səbəbləri yüngülləşdirici hal kimi nəzərə alınacaq: "Biri var xuliqanlıq niyyəti ilə kimisə bıçaqlayır, biri də var qarşısındakına zərər yetirməkçün səbəbi var". 

Şəlalə Babayeva