DİQQƏT! Yaşı 25 - ə qədər olan şəxslər bu məhsullardan uzaq durmalıdır

diqqet-yasi-25-e-qeder-olan-sexsler-bu-mehsullardan-uzaq-durmalidir-1726129433
|
|
Məlumdur ki, GMO məhsulları dünyanın bir çox ölkələrində böyük miqyasda istehsal olunur.  Bu məhsullarla bağlı bir çox qida məsələləri üzrə ekspertlərin fikrincə geni dəyişdirilmiş məhsullar şəkərli diabet, xərçəng və başqa müxtəlif xəstəliklərə yol açır. Bəs ölkəmizə idxal olunan məhsulların tərkibi və keyfiyyəti necə tənzimlənir? Ümumiyyətlə bu sahədə vəziyyəti necədir?
 
Məsələ ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az- a açıqlamasında bildirib ki, ümumiyyətlə ötən illərə qədər GMO məhsullarının Azərbaycana gətirilməsi, becərilməsi, satılması qanunvericiliklə qadağan olunmuşdu. Lakin son illərdə qida məhsullarının tərkibində GMO- nun olması qeydiyyata alınmaqla ölkəmizdə bu məhsulların istifadəsinə icazə verildi. Geni dəyişdirilmiş orqanizmlərdən ibarət olan və yaxud da geni modifikasiya olan məhsullardan alınan yem məhsullarının emalı, istehsalı və dövriyyəsi qanunvericiliklə qadağan edilsə də 2023 - cü ildən qeydiyyata alınan GMO- lu məhsulların istifadəsinə icazə var.


Mütəxəssis həmçinin xüsusilə qeyd edib ki, GMO- lu məhsulların istifadəsinə zamanı insan sağlamlığı mütləq şəkildə nəzərə alınmalıdır. Bu məhsulların üzərində GMO- lu məhsul olması ilə bağlı məlumatların qeyd olunması zəruridir. Paralel olaraq heyvan yemlərinin üzərində də digər qidalardan fərqli olduğu mütləq qeyd olunmalıdır.

Ekspert həmçinin müqayisə üçün inkişaf etmiş ölkələrdə GMO- lu məhsullarla bağlı da məlumat verib. O bildirib ki, sözügedən ölkələrdə GMO- lu məhsulların vitamin və mineral dəyəri aşağı olması ilə yanaşı uzun illərdən sonra insan genetikasının dəyişməsinə səbəb olduğu sübuta yetirilib. Bundan başqa Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları da onu təsdiq edir ki, GMO- lu məhsulların üzərində dəqiq məlumatların olmaması insanları aldatmaq deməkdir. Belə məhsullarla uzun müddət ərzində qidalanan şəxslər gələcəkdə bir çox xəstəliklərə düçar ola bir.

"Bu kimi problemlərə görə insanlara tövsiyə olunur ki, mümkün qədər GMO- lu məhsullardan uzaq dursunlar. Ümumiyyətlə bu kimi qidalanmadan imtina etsinlər. Xüsusilə də həssas orqanizmə malik şəxslər, yaşlılar və yaşı 25 - ə qədər olan şəxslərin belə məhsullardan tamamilə uzaq olması məqsədəuyğundur",- deyə Məhsəti Hüseynova əlavə edib.


Bünyamin Bünyadzadə
Referans.az