Kürdəmirdə ağır yol qəzası olub, ölən var

01.12.2024
-
09:46
|
|
Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Referans.az xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.