DİQQƏT! Bu qidalar beyin qocalmasının qarşısını alır

diqqet-bu-qidalar-beyin-qocalmasinin-qarsisini-alir-1733309561
|
|

ABŞ-da aparılmış son araşdırmalara görə, insan yaşa dolduqca onun beyin hüceyrələri ölmür.Stenford Universitetinin neyrobioloqu, professor Con Morrisonun rəhbərlik etdiyi qrupun apardığı tədqiqatlar nəticəsində bəlli olmuşdur ki, insan yaşa dolduqca onun beynindəki sinapslar, yəni sinir qovşaqları arasındakı bağlantılar qopur. Bəs  beyin qocalmasının qarşısını almaq mümkündürmü? Əgər mümkündürsə buna necə nail olmaq olar?  


Məsələ ilə bağlı  Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az - a açıqlamasında bildirib ki, beyin qocalması təbii proses olsa da bir çox amillərdən irəli gələn səbəblərdən də qaynaqlanır. Burada qidalanma eyni zamanda oturaq həyat tərzi də daxildir. Bu kimi faktorlar həm beyin qocalmasını həm də ümumiyyətlə qocalmanı sürətləndirir.  Məsələ burasındadır ki, daimi oturaq həyat tərzi keçirən insanlarda beyin hüceyrələrinin vaxtından tez qocalmasına səbəb olur. Bunun üçün də qocalma ilə mübarizədə aktiv həyat tərzinə keçmək çox mühümdür.


Məhsəti Hüseynova hesab edir ki, beyin qocalmasının mümkün qədər qarşısını almaq üçün mütləq şəkildə mənşəyi bəlli olan və sağlam qidalardan istifadə etmək lazımdır. Çünki düzgün şəkildə qidalanma bədən üçün çox vacibdir. Əsasən B qrupuna aid vitaminlərlə qidalanma və xüsusilə də B12, D vitamini və Omeqa 3 yağ turşuları sağlıqlı qida üçün çox faydalıdır. İnsanların sağlığı üçün ən çox təbii zeytun yağı əvəzedilməzdir. 


Mütəxəssis onu da bildirir ki, beyin qocalması və beynin sağlığı üçün çərəzlərdən istifadə də çox effektivdir. Xüsusilə qoz və badamdan gün ərzində bir ovucdan çox olmadan qəbul etmək məsləhətdir.  Mümkün qədər paketlənmiş və uzun rəf ömrü olan qidalardan uzaq durmaq lazımdır. Gün ərzində  qadınlar 20-25 qram kişilər isə 25-30 qram miqdarında təbii şəkər istifadə etməlidir. Bu normanı keçmək olmaz. 


"Yaxşı olar ki, insanlar maksimum şəkildə tütün məmulatlarından və spirti içkilərdən imtina etməlidir. Başlıca şərtlərdən biri də yuxu rejiminə riayət etməkdir. Eyni zamanda da davamlı stresdən uzaq qalmaq üçün çalışmaq lazımdır. Əks halda bu sadalanan faktların hər biri beyin qocalmasını tezləşdirə bilər",- deyə Məhsəti Hüseynova əlavə edib.



Bünyamin Bünyadzadə

Referans.az