FHN-dən uzaqlaşdırılan həmin şəxs kimdir? - Xanım generalın adamı idi
23.01.2025
-
15:57
|
|
Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin Xüsusi Rütübəlillərlə Qəbul Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Referans.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin müaviq əmri ilə polkovnik Şahin Orucov sözügedən şöbənin rəisi vəzifəsindən azad olunub.
Qeyd edək ki, FHN-də polkovnik Şahin Orucov Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunub. Sevda Şirinova onun vəzifəsində saxlamasına da çalışsa da, bu baş tutmayıb.